"Ermənistan sülh müqaviləsini imzalamalıdır" - Mustafa Şəntop

   "Ermənistan sülh müqaviləsini imzalamalıdır" -    Mustafa Şəntop
  06 Oktyabr 2022    Oxunub:582
"Ermənistan sülh müqaviləsini imzalamalıdır və sabitlik üçün başqa yol yoxdur".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

TBMM sədri Ermənistanın təxribatları nəticəsində şəhid olmuş hərbi qulluqçularımızla bağlı başsağlığı verib.

Onun sözlərinə görə, Ermənistanın bu təxribatı bir daha regionda daimi sülh və təhlükəsizliyin nə qədər vacib olduğunu göstərdi.

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük yenidənqurma və bərpa işlərindən danışaraq, mədəniyyət paytaxtı Şuşanın və bütövlükdə Qarabağın tam bərpası istiqamətində görülən işlərin uğurla davam etdirilməsindən məmnunluğunu bildirib. Mustafa Şəntop Laçının Zabux və Sus kəndlərinin Ana Vətənə qayıtmasına sevindiklərini ifadə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti