Azərbaycan lideri: "Əlaqələrimizin çox gözəl perspektivləri var"

      Azərbaycan lideri:    "Əlaqələrimizin çox gözəl perspektivləri var"
  06 Oktyabr 2022    Oxunub:323
Avropanın Azərbaycanı bu tədbirə dəvət etməsini əlbəttə ki, yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb.
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlət başçısı qeyd edib ki, hələlik bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq fikir demək mümkün deyil: "Amma hər halda həm Avropa İttifaqına, həm də ev sahibi Çexiyanın Azərbaycanı Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri var".

AzVision.az

Teqlər:







Xəbər lenti