"Bölgədə tam normallaşma məqsədinə nail ola bilərik" - Ərdoğan

   "Bölgədə tam normallaşma məqsədinə nail ola bilərik" -    Ərdoğan
  06 Oktyabr 2022    Oxunub:743
Mən səmimi qəlbdən inanıram ki, biz mehriban qonşuluq münasibətləri əsasında regionumuzda tam normallaşma məqsədimizə nail ola bilərik.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirdiyi mətbuat konfransında deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüyünü deyən Ərdoğan bildirib ki, Avropa Siyasi Birliyinin səyi ilə ümumi problemlərin həllinin vaxtı çatıb.

Ərdoğan həçinin Ermənistanla danışıqlar prosesinin qarşılıqlı şəkildə davam etdiyini vurğulayıb:

"Bu gün biz Paşinyanla görüşümüzü səmimi atmosferdə keçirdik. Bəzi tələblər olub. Xarici işlər nazirlərimiz, xüsusi nümayəndələrimiz görüşəcək və nəticəyə uyğun olaraq addımlarımızı atacağıq".



Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti