Sərnişinin səhhəti pisləşdi, təyyarə Bakıya təcili endi

Sərnişinin səhhəti pisləşdi, təyyarə Bakıya təcili endi
  06 Oktyabr 2022    Oxunub:601
"Vietnam Airlines" aviaşirkətinin Frankfurt-Xoşimin reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə AzVision.az -a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

"Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

AzVision.az




Teqlər:





Xəbər lenti