"Bu il Ani Ödəniş Sistemi ilə əməliyyat sayında 96,9% artım olub - Mərkəzi Bank

   "Bu il Ani Ödəniş Sistemi ilə əməliyyat sayında 96,9% artım olub -    Mərkəzi Bank
  07 Oktyabr 2022    Oxunub:1331
Hazırda Ani Ödənişlər Sisteminə "Azərbaycan Sənaye Bankı" və "Pakistan Milli Bankının Bakı filialı" istisna olmaqla 24 bank inteqrasiya edilib.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan məlumat verilib. Bildirilib ki, banklarla yanaşı həmçinin də, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, "Azərpoçt" MMC, E-kassa operatoru olan “NBA Technologies International” MMC şirkəti də sistemə inteqrasiya olunub.

Banklar tərəfindən AÖS-ə inteqrasiyanın təmin olunması bank müştərilərinə öz hesablaşmalarını real vaxt rejimdə həyata keçirməyə imkan verməklə köçürmələr üzrə reqlament məhdudiyyətlərinin aradan qaldırılmasına şərait yaradır.

Mərkəzi Bankdan bildirilib ki, 2022-ci ilin əvvəlindən əməliyyat sayında 96,9% artım müşahidə edilib. Əməliyyat dövriyyəsi isə son ay üzrə 47 610 min AZN təşkil edib.

Hal-hazırda AÖS-ün əhatə dairəsinin genişləndirilməsi, nəzarət -kassa aparatlarında QR kod vasitəsilə ödənişlərin qəbulu funksionallığının yaradılması istiqamətində işlər görülür.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti