Xadimədən “Bakı Metropoliteni”nə ağır ittihamlar - VİDEO

S.Xanbabayeva metronun “Ulduz” stansiyasında işlədiyini vurğulayıb. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirdi ki, bununla bağlı araşdırma aparılır: “Videomüraciəti edən şəxs “Bakı Metropoliteni” QSC-nin əməkdaşı deyil. Onun dediyi ifadələrin hər hansısa bir əsası yoxdur. Xanımın söylədiklərinə əsasən, o, Bakı metropoliteni stansiyalarında təmizlik işləri ilə məşğul olub.
Qeyd edim ki, stansiyalarda təmizlik işlərini müvafiq tenderdə qalib gələn “Tais İFK” MMC şirkəti icra edir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq şirkətlə müqavilə imzalanır və öhdəliklərə uyğun olaraq yerinə yetirilir.
Bakı Metropoliteni QSC-nin əməkdaşlıq etdiyi hansısa qurumun daxili kadr siyasətinə, insan resursları və digər məsələlərə qarışmasına istər qanunvericilik, istərsə də hüquqi-etik normalar baxımından səlahiyyəti yoxdur”.
Məmmədov əlavə edib ki, əldə olunmuş məlumat adıçəkilən şirkətə araşdırmaq üçün göndərilib və şirkət bununla bağlı artıq müstəqil qaydada Bakı Metropoliteninin heç bir müdaxiləsi olmadan öz araşdırmasını aparacaq.(Qafqazinfo)
AzVision.az
Teqlər: