Polis Beyləqanda qaçırılan 14 yaşlı qızı tapıb

Polis Beyləqanda qaçırılan 14 yaşlı qızı tapıb
  08 Oktyabr 2022    Oxunub:1188
Beyləqan rayonu Qaralar kəndindən qaçırılan 14 yaşlı məktəbli qız tapılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Rayon polis şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A. olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: Beyləqan   Qaçırılma  





Xəbər lenti