Baş Prokurorluq mülki şəxslərin minaya düşməsiylə bağlı məlumat yayıb

      Baş Prokurorluq    mülki şəxslərin minaya düşməsiylə bağlı məlumat yayıb
  08 Oktyabr 2022    Oxunub:806
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağdam və Beyləqanda müıki şəxslərin minaya düşməsi barədə məlumat yayıb.
Baş Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: Baş-Prokurorluq   Mina  





Xəbər lenti