Başqasının bank kartından 725 manat oğurlayan şəxs tutulub

Başqasının bank kartından 725 manat oğurlayan şəxs tutulub
  08 Oktyabr 2022    Oxunub:845
Vətəndaşın bank kartından 725 manat pulu kiber üsulla talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
AzVision.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1999-cü il təvəllüdlü Orxan Quliyev saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunur.

AzVision.az



Teqlər: Oğurluq  





Xəbər lenti