Ermənilərin minaladığı Zar qəbiristanlığı – FOTOLAR

   Ermənilərin minaladığı Zar qəbiristanlığı –    FOTOLAR
  10 Oktyabr 2022    Oxunub:4912
Azərbaycan ərazilərinin işğalı zamanı aqressiv müharibə və soyqırım siyasəti aparan, açıq-aşkar hərbi cinayətlər törədən Ermənistan indi bu haqda susaraq, yenidən "cəfakeş etnos" yaylığını əlinə alıb, ağlaşma qurub. Halbuki, hər gün Ermənistanın hərbi və siyasi rəhbərliyinin qanlı cinayətləri aşkara çıxır və bu qara siyahı yeni sübutlarla tarixin yaddaşına həkk olunur.

2020-ci ilin üçtərəfli atəşkəs sazişinin müddəalarına əsasən, erməni işğalçıları Kəlbəcər rayonunu 15 noyabra qədər tərk etməli idilər Amma proses süni olaraq gecikdirildiyindən, bu müddət 25 noyabra qədər uzadılmış və həmin zaman ərzində düşmən rayonun infrastrukturuna maksimal dərəcədə ziyan vurmağa imkan tapmışdı.


Ermənilərin planına görə, uzun müddət torpağına həsrət qalan xalqımız ilk növbədə dədə-baba ocağının qalıqlarını və təbii ki, qəbiristanlıqları ziyarət etməli və məhz orada mina terrorunun qurbanına çevrilməli idi. Müddətsiz terror aktı bu dəfə Kəlbəcərin Zar kəndinin qəbiristanlığının qədim hissəsində aşkarlanıb.


Mənfur düşmən buradakı qəbirləri güllələyib sındırmaqla kifayətlənməyərək, əraziyə Ermənistanda istehsal olunan “PMN-1E” piyada əleyhinə minalar quraşdırıb. Sursatın rezin qapaqlarındakı dəmir halqalar çıxarılaraq basdırılıb ki, aşkarlanması çətinləşsin.


Təxminən bir il öncə analoji minalama Laçının Minkənd qəbiristanlığında aşkar olunmuşdu. Azərbaycan ordusunun istehkam bölmələrinin peşəkarlığı nəticəsində ərazinin ağlagəlməz istiqamətlərində yerləşdirilmiş onlarla mina çıxarılaraq və ya yerindəcə partladılaraq zərərsizləşdirilib.




Hans Kloss ©
foto: Polygon Azerbaijan
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Mina   Erməni-terroru  





Xəbər lenti