Zahid Oruc: "Ermənistan cinayətlərinə qarşı vahid platforma yaradılmalıdır"

      Zahid Oruc:    "Ermənistan cinayətlərinə qarşı vahid platforma yaradılmalıdır"
  10 Oktyabr 2022    Oxunub:1109
Azərbaycan xalqına qarşı 34 illik erməni vandalizmini bir videoçarxa yerləşdirmək olmaz. Ermənistanın əsas məqsədi sentyabr zərərinə kölgə salmaqdır. Onlar keçən ay bu istiqamətdə təxribatlar törətdilər. Azərbaycan Ordusu Vətən müharibəsini beynəlxalq hüquqa tam uyğun aparıb. 44 günlük Vətən müharibəsi BMT-nin başını Azərbaycanın əli ilə ucaltdı. Ermənilər Azərbaycan ərazisində nəinki müharibə cinayətləri törədib, hətta milyonlara mina basdırıblar.
Bu fikirləri "Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.

O bildirib ki, Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədən erməniləri buna görə mühakimə etmir, əksinə, bizə qarşı haqsızlıq təxribatlar törədir.

“Ermənistan cinayətlərinə qarşı vahid platforma yaradılmalıdır. Beynəlxalq donor təşkilatları işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə dəstək vermir. Ermənistan təzminat ödəməlidir, əks halda, bunun əvəzində torpaq verməlidir”, - deyə Zahid Oruc deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti