Deputatlar kommunistləri Radadan qovdu

Deputatlar kommunistləri Radadan qovdu
  06 May 2014    Oxunub:1144
Ukraynalı deputatlar kommunistləri Ali Radanın qapalı iclasından qovub.
Azvision.az-ın məlumatına görə, bu barədə ukraynalı deputatlar sosial şəbəkələrdə məlumat yazıblar.

“Mən təklif əsasında Ali Rada kommunist fraksiyasının iclas zalından kənarlaşdırılmasına səs verdi. Tarixi hadisədir. Ümid edirəm ki, çox yaxın biz satqın partiyanın fəaliyyətini qadağan edəcəyik” –deyə, Ukrayna prezidentliyinə namizəd, deputat Oleq Lyaşko “Facebook” sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

“Batkivşina” fraksiyasından olan digər deputat Vladimir Aryev də bu məlumatı təsdiqləyib. O, qeyd edib ki, kommunistlər “separatçı çıxışlarına” görə, iclasdan kənarlaşdırıblar

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti