Səfir: "Britaniya regionda sülhün tez əldə olunmasını arzulayır"

      Səfir:    "Britaniya regionda sülhün tez əldə olunmasını arzulayır"
  10 Oktyabr 2022    Oxunub:2364
"Böyük Britaniya regionda sülhün tez əldə olunmasını arzulayır".
Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld oktyabrın 10-da etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib.

Diplomat xatırladıb ki, bu gün Gəncə şəhərinin məruz qaldığı dəhşətli raket hücumunun ikinci ildönümüdür:

"Həmin faciəli gündə həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Həmçinin iki il əvvəlki müharibədə və döyüşlər başa çatdıqdan sonra toqquşmalarda və mina partlayışları nəticəsində həyatını itirənlərin də yaxınlarına başsağlığımı çatdırmaq istərdim. Böyük Britaniya regionda sülhün mümkün qədər tez əldə olunmasını arzulayır".

AzVision.az



Teqlər:





Xəbər lenti