"Jam" saytında dərc edilən təhlil bu mənada diqqət çəkir. Müəllif yazır ki, Çexiya paytaxtında aparılan müzakirələrin ən obrazlı və təsirli təsvirini məhz Praqadan gələn fotolardakı diqqət çəkən epizodlar çatdırır. Bir tərəfdə qalib ölkənin rəhbəri, digər tərəfdə isə boynu bükük pozada durmuş Nikol.
Səbatsız baş nazir Praqa görüşləri ilə təkcə faktiki deyil, həm də de-yure Qarabağdakı azsaylı ermənilərin öz müqəddəratını təyinetmə hüququnu qorumaqdan imtina etdi. Başqa sözlə, 1988-ci ildən bəri qondarma ad verilən "Artsax"ın öz müqəddəratını təyin etməsinə yönəlmiş separatçı səylər, ümidlər indiki hakimiyyətin dörd illik fəaliyyəti nəticəsində, məhz Paşinyan tərəfindən tamamilə puça çıxarıldı.
Paşinyanın davranışları diplomatik süqutunun ifadəsinin təsdiqidir - Praqa zəfərinin şərhi |
Nəticədə Azərbaycan nəinki Qarabağ məsələləri ilə bağlı mövqeyini gücləndirə bildi, həm də artıq Ermənistanın ərazi bütövlüyü şübhə altına alınır", - analitik yazıb.
O da vurğulanır ki, Paşinyanın uğursuz fəaliyyəti sayəsində bu gün Qarabağ məsələsi Azərbaycanın daxili işinə çevrilib, xarici qüvvələrin heç biri bura nüfuz edə bilmir. Bu da azmış kimi, Ermənistanın ərazi bütövlüyü məsələsi əsas geosiyasi mərkəzlər arasında mübahisə predmetinə çevrilib.
Praqada keçirilən görüşlər isə göstərdi ki, Paşinyan ancaq Ermənistanın təhlükəsizliyi məsələsini müzakirə obyektinə çevirə bilib. Bundan İrəvan yalnız zərər görəcək.
Tural Tağıyev
AzVision.az