Prezident Litvanın Baş nazirini qəbul edib

Prezident Litvanın Baş nazirini qəbul edib
  08 Aprel 2013    Oxunub:1460
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçiusu qəbul edib.
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin önəminin vurğulandığı görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu, bu əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin dinamik şəkildə artdığı qeyd edilib, sərmayə qoyuluşu, enerji və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti