ATƏT cəbhəni yoxladı

ATƏT cəbhəni yoxladı
  06 May 2014    Oxunub:1200
Cəbhə xəttində növbəti monitorinq baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 6-də Tərtər rayonu Qapanlı kəndinin cənub-şərq istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti