Moldova ilə iqtisadi tərəfdaşlıq müzakirə edilib
İqtisadiyyat naziri ölkəmizdə investisiya fəaliyyətinin təşviq olunması ilə bağlı görülən işləri diqqətə çatdırıb, Moldova şirkətlərini fəal əməkdaşlığa dəvət edib. Baş nazir xanım Nataliya Qavrilitsa iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini diqqətə çatdırıb, tərəfdaşlığın inkişafı istiqamətlərindən danışıb.
Xanım Nataliya Qavrilitsa Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Moldova şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağını ifadə edib. Tərəflər iqtisadi-ticarət əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
AzVision.az
Teqlər: