Dünyada koronavirus: Yoluxanların sayı 621 milyonu ötdü

      Dünyada koronavirus:    Yoluxanların sayı 621 milyonu ötdü
  10 Oktyabr 2022    Oxunub:2646
Dünyada koronavirusa yoluxanların sayı 621 459 986 nəfərə çatıb.
Bu barədə Amerikanın Cons Hopkins Universiteti məlumat yayıb. Dünyada virusun yayılmasının başlanğıcından indiyədək COVID-19 infeksiyasının nəticələrindən 6 557 435 nəfər dünyasını dəyişib. 30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya var.

Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı:

- ABŞ - 96,6 milyon və 1,6 milyon;
- Hindistan - 44,6 milyon və 528,8 min;
- Fransa - 35,9 milyon və 156,4 min;
- Braziliya - 34,7 milyon və 686,7 min;
- Almaniya - 33,9 milyon və 150,6 min.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

AzVision.az



Teqlər:





Xəbər lenti