Blinken kütləvi məzarlıqla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib

   Blinken kütləvi məzarlıqla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib
  10 Oktyabr 2022    Oxunub:907
ABŞ dövlət katibi Antoni Blinken kütləvi məzarlıqla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.
Dövlət katibi, eyni zamanda, Azərbaycan lideri ilə telefon danışığı zamanı konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib. Antoni Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlətimizin başçısına başsağlığı verib.

AzVision.az



Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti