Gəncə terrorunda dəyən maddi ziyanın həcmi açıqlanıb

O bildirib ki, bununla əlaqədar istintaq tərəfindən Gəncə şəhəri üzrə 113 dağılmış və ya qəzalı, 522 təmir və ya bərpa olunmalı evə, 73 nəqliyyat vasitəsinə, eləcə də 1 fermer təsərrüfatına baxış keçirilmiş, ümumilikdə 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
"Həmçinin müəyyən edilmişdir ki, əmlakına zərər dəymiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin 14.12.2020-ci il tarixli 2343 nömrəli Sərəncamı Ermənistan silahlı qüvvələrinin cinayətləri nəticəsində mülki şəxslərə dəymiş ziyanla bağlı ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əyşalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4.959.000 manat kompensasiya ödənilib", - deyə o əlavə edib.
AzVision.az
Teqlər: