"Azərbaycan torpaqlarını azad etməklə bağlı hədəfinə nail oldu"

   "Azərbaycan torpaqlarını azad etməklə bağlı hədəfinə nail oldu"
  11 Oktyabr 2022    Oxunub:507
Ermənistanın işğal dövründə və Qarabağ müharibəsindən sonra da havadarları olduğunu görürük.
AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, bunlara baxmayaraq Azərbaycan torpaqlarını işğaldan azad etməklə bağlı hədəfinə nail oldu.

"Artıq bizim yeni hədəfimiz var - sülh prosesi, sülh sazişi imzalamaq. Bir sıra istiqamətlərimiz də var, bunlar mina məsələləri, hərbi cinayətlər, itkin düşmüş şəxslər, Azərbaycanın mədəni irsinin dağıdılması, maddi ziyanlar və s. Bütün bu istiqamətlərdə lazımı platformalarda tədbirlər gedir",- deyə o əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti