Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub

Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub
  11 Oktyabr 2022    Oxunub:787
Türkiyəli mütəxəssis, Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru təyin edilib.
Bu barədə AzVision.az -a ATU-dan məlumat verilib.

Bildirilib ki, bununla bağlı səhiyyə naziri əmr imzalayıb.

Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.

AzVision.az


Teqlər:





Xəbər lenti