Jurnalist vəsiqəsi üçün ödənişin məbləği müəyyənləşib

 Jurnalist vəsiqəsi üçün ödənişin məbləği müəyyənləşib
  11 Oktyabr 2022    Oxunub:1121
Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edəcək.
AzVision.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Sənəddə bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Medianın İnkişafı Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti