"İlham Əliyevin səfəri strateji tərəfdaşlığın məntiqi davamıdır" - Sadır Japarov

   "İlham Əliyevin səfəri strateji tərəfdaşlığın məntiqi davamıdır" -    Sadır Japarov
  11 Oktyabr 2022    Oxunub:1494
"Prezident İlham Əliyevin Bişkekə səfəri Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamıdır".
AzVision.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bildirib.

Qırğızıstan Prezidenti qeyd edib ki, məhdud tərkibdə görüşdə əməkdaşlığın çox mühüm məsələləri müzakirə edildi, onun başlıca istiqamətləri, prioritetləri müəyyənləşdirildi.

Ticari-investisiya əməkdaşlığından danışan Prezident Sadır Japarov deyib: “Bu gün biz Sizinlə Qırğız-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçirdik. Bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoru və fəaliyyət mexanizminə çevrilməlidir”.

AzVision.az


Teqlər:





Xəbər lenti