Baş prokuror: "Gəncə terrorunu törədənlər beynəlxalq axtarışa verilib"

      Baş prokuror:   "Gəncə terrorunu törədənlər beynəlxalq axtarışa verilib"
  12 Oktyabr 2022    Oxunub:3973
“Gəncə terroru ilə bağlı Azərbaycan Baş Prokurorluğunda 3 cinayət işi başlanılıb, bu hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”.
Bunu Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, həmin şəxslər beynəlxalq axtarışa verilib:

“Hesab edirəm ki, biz onları hər yerdə, harada olduqlarından aslı olmayaraq, daim təqib edəcəyik. Həmin şəxslərin gec-tez məsuliyyətə cəlb edilməsinə nail olacağıq. Mən buna inanıram”.(Report)

AzVision.az



Teqlər:





Xəbər lenti