İraqda dəhşət: 24 ölü, onlarla yaralı

İraqda dəhşət: 24 ölü, onlarla yaralı
  06 May 2014    Oxunub:1068
İraqda baş verən terror aktları və hücumlar nəticəsində ən azı 24 nəfər ölüb.
Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisələr nəticəsində 29 nəfər ölüb.

İraqın şimalında yerləşən Tuz – Hurmatu şəhərində restoranlardan birinin yaxınlığında içərisində partlayıcı qurğu quraşdırılan avtomobil partladılıb. Hadisə nəticəsində ən azı 3 nəfər, daha 16 nəfər isə yaralanıb. Bayci şəhərində isə polis idarəsinə hücum nəticəsində iki polis əməkdaşı ölüb.
Bağdadın şərqində isə bir nəfə yaraqlılar tərəfindən güllələnib.

Ramadi şəhərində hökumət qüvvələri və yaraqlılar arasında baş verən toqquşmalar da isə ən azı 3 hərbçi ölüb, daha 8 nəfər yaralanıb. Bundan əlavə Fəlluca şəhərində isə, ən azı 15 nəfər mərmi atəşinin qurbanı olub. Daha 5 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti