Gürcüstan BMT-nin İnsan Hüquqları Şurasının üzvü seçildi

Gürcüstan BMT-nin İnsan Hüquqları Şurasının üzvü seçildi
  12 Oktyabr 2022    Oxunub:755
Gürcüstan BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində 2023-2025-ci illər üçün İnsan Hüquqları Şurasına üzv seçilib. Bu barədə Gürcüstan mətbuatı ölkənin xarici işlər naziri İlya Darçiaşviliyə istinadən məlumat yayıb.
O, BMT-nin İnsan Hüquqları Şurasında Gürcüstana səs verən hər kəsə təşəkkürünü bildirib və qeyd edib ki, digər ölkələrlə sıx əməkdaşlıq edərək bütün dünyada insan hüquqlarının müdafiəsinin keyfiyyətinin yüksəldilməsi üçün çalışacaq.

Gürcüstan ikinci dəfədir ki, BMT-nin İnsan Hüquqları Şurasına üzv olur. Respublika ilk dəfə olaraq 2016-cı ildə bu quruma üç il müddətinə seçilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti