Azərbaycan Ermənistana yeni sənəd təqdim edib

“Bizdə dəqiq məlumat yoxdur ki, növbəti görüşlər zamanı Ermənistan bizim təqdim etdiyimiz elementlərə hansı reaksiya verəcək, yoxsa onlara əlavə vaxt lazımdır. Ancaq bir neçə istiqamətlər var ki, onların irəli aparılması bizim üçün önəmlidir”, - deyə o əlavə edib.
Nazir qeyd edib ki, ikitərəfli əsasda olan sülh müqaviləsi, kommunikasiyaların açılması və delimitasiya məsələləri görüşlər əsasında müzakirə olunur. “Azərbaycan görüşlərdə öz məlum prinsiplərini çatdırır və bu istiqamətdə işləri irəli aparır. Oktyabrda delimitasiyaya dair komissiyaların iclası Brüsseldə keçiriləcək”.
AzVision.az
Teqlər: