Beynəlxalq sirk proqramında ilk milli sirk nömrəsi nümayiş olunub

Beynəlxalq sirk proqramında ilk milli sirk nömrəsi nümayiş olunub
  13 Oktyabr 2022    Oxunub:1390
“Beynəlxalq Sirk: Festival Qalibləri” adlı proqram 12 oktyabr tarixindən start götürüb.
Proqramın zəngin repertuarında əcnəbi qonaqların heyrətləndirici çıxışlarına yer verilib.

Beləki, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastların fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları sözün əsl mənasında bütün tamaşaçıları heyrətləndirib.

Bakı Dövlət Sirki uzun illərdən sonra ilk milli sirk nömrəsini də formalaşdırıb.

Sirk nömrəsində Qarabağ atları ilə rəqqassların birgə çıxışı sayəsində məzmunundan uzun illər danışılacaq möhtəşəm və xüsusi kompozisiya ərsəyə gəlib.

Sözügedən kompozisiya beynəlxalq sirk arenasında da nümayiş oluna biləcək ilk milli sirk şousu olacaq.

Qeyd edək ki, “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı sirk proqramının təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilovdur. Beynəlxalq sirk proqramı 2022-ci il 14 oktyabrdan başlayaraq, 27 noyabra kimi davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti