PA-da Ümid Partiyasının sədri ilə görüş olub

Görüş zamanı şöbə müdiri son dövrdə 11 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınmasını, partiyaların qərargahlarla təmin edilməsini, fəaliyyətlərinin legitimləşdirilməsini, ölkədə fəaliyyət göstərən media resurslarına çıxış imkanlarının genişləndirilməsini, milli və siyasi həmrəyliyin təmin olunmasını qeyd edib və bunu iqtidar-müxalifət dialoqunun real nəticələri kimi dəyərləndirib.
İqtidar-müxalifət dialoqu çərçivəsində görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə yeni siyasi konfiqurasiyanın inkişafı istiqamətində görülən işlərlə bağlı öz fikirlərini bölüşüb. Ölkədə aparılan siyasi islahatlar, siyasi partiyaların fəaliyyəti barədə söz açan partiya sədri bu gün ölkədə yaradılmış yeni siyasi münasibətlər sisteminin gələcəkdə dayanıqlı siyasi sistemin formalaşmasına şərait yaradacağını qeyd edib.
Sonda tərəflər ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivləri, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son günlər Çexiya, Rusiya, Qırğızıstan və Qazaxıstana işgüzar səfərləri yüksək qiymətləndirilib və bunun Azərbaycanın dünya siyasətində artan nüfuzunun göstəricisi olduğu vurğulanıb.
AzVision.az
Teqlər: