Bakıda avtobus sürücüsü döyüldü - VİDEO

Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90VF933 DQN_li avtobus Koroğlu NMM-dən Qala Ramana istiqamətində hərəkət edərkən 78 nömrəli məktəbin qarşısında 3 nəfər şəxs (2 oğlan, 1 xanım) dayanacaqdan kənar avtobusa minmək istiyib.
Sürücü avtobusu dayanacaqdan kənar saxlamayaraq təyin olunmuş dayanacaqda dayanıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib. Sonda videodan göründüyü kimi şəxslərdən biri sürücüyə fiziki güc tətbiq edərək xəsarət yetirir. Hadisə barəsində daşıyıcı tərəfindən polisə müraciət edilib və araşdırma aparılır.
AzVision.az
Teqlər: