Cökə və çiçək balları yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının 1/2 hissəsini təşkil edir.
Bundan başqa arıçı fermerlər satışa 6,5 ton qaratikan balı, 9 ton may balı, 9,9 ton dağ balı, 2 ton biyan balı, 5,5 ton meşə balı çıxarıblar. Yarmarkada həmçinin çəmən balı, dağ-çəmən balı, şabalıd balı, yonca balı və digər bal növləri satılır.
Ümumilikdə yarmarkaya 120 tona yaxın arıçılıq məhsulu çıxarılıb. Bunun da 5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

Bal yarmarkasında həmçinin digər arıçılıq məhsulları - mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr və s. satılır.
Qeyd edk ki, arıçılıq məhsullarının 22-ci sərgi-satış yarmarkası 20 oktyabr tarixinədək davam edəcək.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) keçirilən yarmarkanın təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasıdır.



AzVision.az