Bu il 80 nəfər qanunsuz işdən çıxarılıb

Bu il 80 nəfər qanunsuz işdən çıxarılıb
  14 Oktyabr 2022    Oxunub:897
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2022-ci ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 80 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib və onlar əvvəlki işlərinə bərpa ediliblər.
Nazirlikdən AzVision.az -a bildirilib ki, vətəndaş müraciətləri ilə əlaqədar Xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı həmçinin işəgötürənlər tərəfindən 550 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 94,7 faizi əməkhaqqı, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, həmçinin zərərə görə ödənclər olub.

AzVision.az



Teqlər:





Xəbər lenti