20 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb - VİDEO

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Binə qəsəbəsində oğurluqlar edən digər dəstənin üzvləri – əvvəllər məhkum olunmuş Sərhad Əmirov, Sübhan Ağayev vəə Ramin Qarayev tutulublar. Bu şəxslərin Xəzər rayonunda 7 evdən və 1 mağazadan oğurluq etdikləri müəyyən edilib. Onların Binə qəsəbəsində yerləşən mağazadan 1600 manat oğurladıqları müəyyən edilib.
Araşdırma zamanı bu şəxslərin həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da daha 3 mənzildən oğurluqlar etdikləri sübuta yetirilib. Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Adları çəkilən şəxslərlə əlbir olan dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.
AzVision.az
Teqlər: