"Vaqner" döyüşlərə cəlb edilən 40-dan çox məhbusu güllələyib
Oseçkinin sözlərinə görə, cəbhə xəttində Ukrayna qoşunlarına tərəf qaçmağa cəhd edənlər cəzalandırılırlar. Fərarilər ayaqlarından güllələnirlər.
Qeyd edək ki, xarici KİV-də Kremlin Xarkov yaxınlığındakı böyük məğlubiyyətdən sonra məhbusları da qanunsuz olaraq Ukraynaya qarşı müharibəyə cəlb etməyə başlaması barədə məlumatlar dərc edilir. Sentyabr ayında hətta Priqojinin məhkumları “Vaqnerçilər”in sırasına qoşulmasıyla bağlı çağırışını əks etdirən video ortaya çıxdı.
Üstəlik, Qərb ekspertləri Rusiyada canlı qüvvə çatışmazlığının artdığını dəfələrlə bəyan ediblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının oktyabrın 14-nə olan məlumatına görə artıq döyüşlərdə 64300-ə yaxın rus hərbçi öldürülüb.
Tural Tağıyev
AzVision.az