"Yanmış meşə əraziləri bərpa edilir" - Vahid Fərzəliyev

"Yanmış meşə əraziləri bərpa edilir" -    Vahid Fərzəliyev
  14 Oktyabr 2022    Oxunub:1278
"Payız ağac əkini mövsümündə yanğına məruz qalmış ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə hazırlanan Proqram çərçivəsində artıq işlər görülüb".
AzVision.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev "Ekspert saatı"nda deyib:

"Ərazilərin xəritələri hazırlanıb, mövcud meşə quruluşuna uyğun olaraq meşəbərpa tədbirləri hazırlanıb. Yanğına məruz qalmış ərazilər yanmış ağaclardan, tör-töküntüdən təmizlənərək meşəbərpa tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

O həmçinin bildirib ki, bu ilin yaz əkin mövsümündə meşə fondu torpaqlarında 700 000-dən çox ağac əkilib.

"Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılmasına başlanılıb. Hazırda tinglik sahələrində nadir bitkilərdən şərq çinarı, eldar şamı, qafqaz xurması kimi tinglər yetişdilir. Artıq bu il saqqız(yabanı püstə), cökə və azat kimi müxtəlifcinsli ağacların çoxaldılmasına başlanılıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti