"Yanmış meşə əraziləri bərpa edilir" - Vahid Fərzəliyev

"Ərazilərin xəritələri hazırlanıb, mövcud meşə quruluşuna uyğun olaraq meşəbərpa tədbirləri hazırlanıb. Yanğına məruz qalmış ərazilər yanmış ağaclardan, tör-töküntüdən təmizlənərək meşəbərpa tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
O həmçinin bildirib ki, bu ilin yaz əkin mövsümündə meşə fondu torpaqlarında 700 000-dən çox ağac əkilib.
"Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılmasına başlanılıb. Hazırda tinglik sahələrində nadir bitkilərdən şərq çinarı, eldar şamı, qafqaz xurması kimi tinglər yetişdilir. Artıq bu il saqqız(yabanı püstə), cökə və azat kimi müxtəlifcinsli ağacların çoxaldılmasına başlanılıb”.
Aytən Zəhra
AzVision.az
Teqlər: