Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında dialoq müxtəlif səviyyələrdə uydurma bəhanələrlə kəsilib: “Biz heç vaxt heç bir əlaqədən imtina etmirik. Fakt budur ki, Amerika tərəfi müxtəlif səviyyələrdə uydurma bəhanələrlə əlaqələri kəsib və səfirliklər vasitəsilə sadəcə işləyən, səmərəli kanallar var idi”.
O əlavə edib ki, vaxtaşırı Rusiya və Amerika tərəfləri arasında telefon danışıqları olur: “Əgər başqa heç nə tələb olunmadığına inanırlarsa, biz bunu onların mövqeyi kimi qəbul edirik”.
AzVision.az