Azərbaycanda saqqız ağacının artırılmasına başlanılır

   Azərbaycanda saqqız ağacının artırılmasına başlanılır
  14 Oktyabr 2022    Oxunub:5178
Payız əkin mövsümü ilə əlaqədar ölkə üzrə genişmiqyaslı yaşıllaşdırma işlərinə start verilir.
AzVision.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib. O qeyd edib ki, payız əkini mövsümündə 1003 hektar sahədə hər bölgənin torpaq-iqlim şəraitinə uyğun 800 mindən artıq ağac tinginin əkilməsi, 50 tondan çox toxumun səpilməsi planlaşdırılır.

"Hazırda tinglik sahələrdə nadir bitkilərin artırılması istiqamətində də işlər aparılır. Nadir bitkilərdən sayılan saqqız ağacının artırılmasına Bərdə Regional Tinglik Mərkəzindən start verilib. Yaxın zamanda Tovuz, Ağcabədi Regional Tinglik sahələrində də saqqız ağacı toxumunun səpilərək artırılmasına başlanılacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti