"Azərişığ"ın sədri Ağdaşda vətəndaşları qəbul edib

"Azərişığ"ın sədri Ağdaşda vətəndaşları qəbul edib
  14 Oktyabr 2022    Oxunub:1169
Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.
AzVision.az - ın “Azərişığ”a istinadən verdiyi məlumata görə, qəbul Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti