Bu gündən media subyektlərinin Media Reyestrinə müraciətinə start verilib

Bu gündən media subyektlərinin Media Reyestrinə müraciətinə start verilib
  14 Oktyabr 2022    Oxunub:920
"Bu gündən media subyektlərinin Media Reyestrinə müraciətinə start verilib. Media subyektləri Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən ASAN Login vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər".
AzVision.az -ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli deyib.

MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva isə bildirib ki, Media Reyestrinə daxil ola bilməyən jurnalistlərin faəliyyətində hər hansı bir məhdudiyyət olmayacaq:

"Onlar istədikləri dövlət qurumlarından açıqlamalar, müsahibələr ala biləcəklər. Media Reyestri heç bir halda jurnalistin fəaliyyətini məhdudlaşdırmır. Reyestr sadəcə məlumat bazasıdır".

AzVision.az



Teqlər:





Xəbər lenti