Vətən müharibəsi şəhidinin adı Kayseri şəhərində əbədiləşdiriləcək

Vətən müharibəsi şəhidinin adı Kayseri şəhərində əbədiləşdiriləcək
  15 Oktyabr 2022    Oxunub:897
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ölkəmizin mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin ən qədim yaşayış yerlərindən biri olan Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokolun imzalanması mərasimində iştirak edib.
Azərbaycanın Türkiyədəki səfirliyindən AzVision.az -a verilən məlumata görə, səfir Rəşad Məmmədov Kayseri Böyükşəhər Bələdiyyəsində təşkil edilən və Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun başçılığı ilə Şuşa şəhərindən gəlmiş heyətin də iştirak etdiyi imza mərasimindəki çıxışında sözügedən imzalanma mərasimin tarixi bir gün olduğunu vurğulayıb, Şuşa ilə Kayseri arasında əlaqələrin qurulmasının xüsusi önəm kəsb etdiyini qeyd edib.
Səfir Rəşad Məmmədov Kayseridə olarkən bu şəhərin valisi Gökmən Çiçək və Böyük şəhər Bələdiyyəsinin sədri Məmduh Böyükkılıç ilə də görüşüb. Hər iki ölkənin bölgələri arasında birbaşa əlaqələrin qurulması üçün mövcud imkanlara dair fikir mübadiləsi aparılıb.

Vali Gökmən Çiçəklə keçirilmiş görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Kayseri Erciyes Universitetinin məzunu Murad Məmmədovun adının Kayseridə əbədiləşdirilməsi barədə də danışılıb və xalqımızın igid oğlunun adının Kayseridə məktəblərdən birinə verilməsi barədə razılığa gəlinib.



AzVision.az


Teqlər:





Xəbər lenti