Kür-Bakı kəmərində qəza içməli su problemi yaradacaq? - Rəsmi açıqlama

   Kür-Bakı kəmərində qəza içməli su problemi yaradacaq? -    Rəsmi açıqlama
  15 Oktyabr 2022    Oxunub:1863
Kür-Bakı magistral kəmərində baş verən qəza Bakı şəhərinə içməli suyun verilməsində problem yaratmayacaq.
Bunu AzVision.az -a açıqlamasında "Azərsu" QSC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, Kürdən Bakı şəhərinə iki paralel su xətti gəlir:

"Digər xətt hal-hazırda işlək vəziyyətdədir. lpkbatan, Qaradağ qəsəbələri və Bakı şəhərinə gələn suyu daşıyır. Əhaliyə içməli suyun verilməsində problem və ya fasilələr olmayacaq".

Qeyd edək ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti