"Bakı-Qazax avtomagistralında hərəkət tənzimlənir" - DİN

   "Bakı-Qazax avtomagistralında hərəkət tənzimlənir" -    DİN
  15 Oktyabr 2022    Oxunub:793
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin AzVision.az -a verdiyi məlumata görə, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir.


Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti