Baş nazir Türkiyənin Vitse-prezidentinə başsağlığı verib

Baş nazir Türkiyənin Vitse-prezidentinə başsağlığı verib
  15 Oktyabr 2022    Oxunub:1173
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetindən məlumat verilib. Məlumata görə, Baş nazir Ə.Əsədov Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti