Şəhid ailələri və qazilər üçün tibbi aksiya təşkil edilib
Tədbir zamanı Quba, Qusar, Xaçmaz rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 150-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ müayinəsi aparılıb.
Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
AzVision.az
Teqlər: