Son sutkada koronavirusa Azərbaycanda 53 nəfər yoluxub

 Son sutkada koronavirusa  Azərbaycanda 53 nəfər yoluxub
  15 Oktyabr 2022    Oxunub:1052
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.
AzVision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 165 nəfər müalicə olunaraq sağalıb, hazırda 442 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 141, bu günə qədər isə ümumilikdə 7 286 811 test icra olunub.

AzVision.az



Teqlər: Kovid   Statisrika  





Xəbər lenti