Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsi işdən çıxarıldı

   Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsi işdən çıxarıldı
  16 Oktyabr 2022    Oxunub:1060
Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən general-leytenant Şahin Bağırovun əmri ilə gömrük xidməti polkovniki Səttar Fətəliyev vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Belə ki, Səttar Fətəliyev Dövlət Gömrük Komitəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi olub.

Qeyd edək ki, polkovnik Səttar Fətəliyevin anası da uzun illər Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışıb və hazırda isə təqaüddədir./Qaynarinfo.az

AzVision.az



Teqlər:





Xəbər lenti