Əhməd bəy Ağaoğlunun Xankəndinə boylanan heykəli qoyulmalıydı - Fazil Mustafa

F.Mustafa qeyd edib ki, Şuşada vaxtilə ermənilərdən millətimizin qisasını almış "Difai" təşkilatının qurucusu, əslən şuşalı, dədə-baba evi Şuşada dağıdılmış, Azərbaycanın gəlmiş-keçmiş ən böyük mütəfəkkiri, Osmanlı, Azərbaycan və Türkiyə Cumhuriyyətləri parlamentlərinin millət vəkili olmuş Əhməd bəy Ağaoğlunun Xankəndinə tərəf boylanan əzəmətli heykəli qoyulmalıydı: "Erməniyə mehribancasına şeir söyləmək, mahnı oxumaq deyil, həlledici zərbə vurmaq üçün yenidən bir "Difai' hərəkatına və yaxud ideyasına zərurət var. O cümlədən Yusif Vəzir Çəmənzəminli kimi böyük yazar, dövlət xadiminin adını qabartmaq daha doğru olardı. Yəni Şuşa Qarabağda bizim siyasi və hərbi hakimiyyətin mərkəzi olduğuna görə məhz bu atributların qabardılması vacibdir. Sonra dünya düzələr, ermənilər ram olar, o halda yavaş-yavaş Vaqifin şux gözəli istədiyi qədər Natəvanın qəzəlini zümzümə edər".
AzVision.az
Teqlər: