AZAL-da sərnişin daşımaları 78 faiz artıb

AZAL-da sərnişin daşımaları 78 faiz artıb
  17 Oktyabr 2022    Oxunub:1336
Sentyabr ayında Azərbaycanın mülki hava limanları 500 mindən çox sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, 2022-ci ilin sentyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 530 mindən çox sərnişinə xidmət göstərmişdir. Bu, ötən ilin müvafiq dövrünün göstəricilərindən təxminən 78% çoxdur.

Paytaxt Bakının hava limanının payına 461 min sərnişin düşür ki, bunun da 412 min nəfəri beynəlxalq reyslərin sərnişinləri təşkil edir.

Göstərilən müddət ərzində AZAL və “Buta Airways” aviaşirkətləri 164 min sərnişinə və beynəlxalq reyslər üzrə 56 min sərnişinə xidmət göstərmişdilər. Bu, beynəlxalq daşımaların ümumi sayının 47% təşkil etmişdir.

2022-ci ilin sentyabr ayında 29 xarici aviaşirkət Bakı hava limanına müntəzəm reyslər yerinə yetirmişdir. AZAL и “Buta Airways” aviaşirkətlərini nəzərə almadan, ən çox sərnişin “Aeroflot”, “Turkish Airlines” və “Utair” aviaşirkətləri tərəfindən daşınmışdır.

Sentyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Ər-Riyad, Ankara, Əbu-Dabi, Təl-Əviv, İzmir və Antalya şəhərləri daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 276 min sərnişinə xidmət göstərilmişdir.

AzVision.az



Teqlər:





Xəbər lenti